Maide.az

Bu ölkədə güclü quraqlıq səbəbiylə fövqəladə vəziyyət elan edilib

Honduras hakimiyyəti güclü quraqlıq səbəbiylə ölkədə fövqəladə vəziyyət elan edib.   Trend -in məlumatına görə, bu barədə ölkə prezindeti Xuan Orlando Ernandes bildirib.   Onun sözlərinə görə, su qıtlığı kənd təsərrüfatına və sakinlərin gündəlik həyatına təsir edəcək:   "Fövqəladə vəziyyət elan etdik, amma əhali də töhfəsini verməlidir, çünki biz görünməmiş vəziyyətlə üzləşdik".   Ernandes gələn həftə iclas keçirəcəyini söyləyib. İclas zamanı yağışın olmaması nəticəsində dəyən ziyanı müzakirə ediləcək.