Bu ölkədə 700-dən çox məscid və 6 minə yaxın kilsə bağlanır
Afrika qitəsinin şərqində yerləşən Ruanda Respublikasının prezidenti Paul Kagame ölkədə 700-dən çox məscid və 6 minə yaxın kilsəni bağlamaq qərarını verib. Maide.Az "dunyabulteni"nə istinadən xəbər verir ki, P.Kagame “saylarının həddən artıq çox olduğunu” və “ibadətdən kənar işlər üçün istifadə edildiyini” iddia edərək 6100 ibadət evinin bağlanmasına qərar verib. Məlumata görə, bağlanan məscidlərin əksəriyyəti paytaxt Kigalidədir. Qeyd edək ki, Ruanda Respublikasında əhalinin sayı — 12,012,589 (2015-cü ilin iyuluna) təşkil edir. Əhalinin 49,5%- katolik, 43,4% protestant və 1,8%-i isə müsəlmandır.