Bu ölkədə 16 milyon qəzet, 14 min saytın fəaliyyəti dayandırılıb
2016-cı ildə Çində informasiya və kiberməkana nəzarət idarəsi tərəfindən 16 milyon qanunsuz fəaliyyət göstərən qəzet və jurnal , eləcə də 14 min saytın fəaliyyəti dayandırılıb. Maide.Az xəbər verir ki, Çinin informasiya və kiberməkana nəzarət idarəsi elan edib ki, mülkiyyət hüquqlarını pozan 900 qəzetin yayımının qarşısı alınıb. Çin bir neçə ildir ki, sosial şəbəkələrdə əxlaqsızlığı geniş yayan saytlara nəzarəti gücləndirib və indiyədək minlərlə saytı bağlayıb. 2016-cı ildə 4 milyon 500 min əxlaqsız yazı, foto və video Çində bu idarə tərəfindən internet şəbəkəsindən silinib.