Bu ölkədə dini sualları cavablandırmaq üçün “etimad xətti” yaradılıb
Qırğızıstanın paytaxtı Bişkekdə dini sualları cavablandırmaq məqsədi ilə “Qaynar xətt” və ya “Etimad xətti” yaradılıb. Maide.Az xəbər verir ki, “etimad xətti” məsləhət mərkəzində insanların dini sahələrdə suallar cavablandırılacaq. Mərkəzdə dini suallar ya etimad xəttinə zəng olunaraq və ya bir başa mərkəzə müraciət edilərək soruşulacaq və cavablandırılacaq. Bunun üçün mərkəzdə hüquq, ilahiyyat və pisxologiya üzrə mütəxəssislər olacaq.