Bu ölkədə Qurban bayramı 3 gün tətil olacaq
Türkmənistan vətəndaşları Qurban bayramında 3 gün tətil olacaq. Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ölkə prezidentinin sərəncamına əsasən sentyabrın 12, 13 və 14-də Türkmənistanda rəsmi tətil günü elan olunub. Türkmənistan Prezident Administrasiyasının yayımladığı məlumata görə, Türkmənistanda fəaliyyət göstərən həm özəl və həmdə dövlət müəssisələri, təşkilatlar və idarələr bu üç gündə bayramla əlaqədar tətil etməlidir.