Bu ölkədə 2019-cu ilədək günəş enerjisi ilə təchiz olunmuş 600 məscid tikiləcək
Mərakeşdə 2019-cu ilədək günəş enerjisi ilə təchiz olunmuş 600 məscid tikiləcək. Maide.Az xəbər verir ki, bu addım ətraf mühitin qorunması və bərpa olunan enerjidən istifadənin faydaları ilə bağlı cəmiyyəti maarifləndirmək məqsədi ilə atılacaq. ”Məscidlər Mərakeşdə ictimai həyatın bir parçasıdır və məscidlərin günəş enerjisi ilə təchizi insanlarda ətraf mühitə önəm vermə və bu haqda fikir mübadiləsi aparmağa zəmin yaradacaq."deyə bu layihənin baş mühəndisi Jan Kristof Kuntz bildirib.