Maide.az

Bu küçələrdə rənglənmə işləri aparılacaq

Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.   Müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küşəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində davam etdiriləcək.    Maide.İnfo xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib.   "İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - məlumatda əlavə edilib. /