Maide.az

Bu şirkət sürücüləri gizli kamera ilə qeydə alır

PAŞA Sığorta Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində “Nümunəvi Sürücü” adlı növbəti sosial layihəyə imza atıb. Layihənin məqsədi Azərbaycanda yol hərəkəti iştirakçıları arasında yol mədəniyyətinin inkişafına təkan vermək, nəqliyyat vasitələri sahibləri və piyadaları qanunlara riayət etməyə dəvət etmək və bununla yol nəqliyyat hadisələrinin sayının azalmasına və əhalinin maarifləndirilməsinə töhvə verməkdir.   KÖNÜLLÜ SIĞPORTADA 10% ENDİRİM EDİR   “Nümunəvi Sürücü” layihəsi çərçivəsində paytaxtın müxtəlif məkanlarında quraşdırılan gizli kameralar vasitəsi ilə piyada zolağını keçən piyadalara yol verən avtonəqliyyat vasitələri sahibləri qeydə alınır və onların ünvanlarına təşəkkür məktubu göndərilir. Təşəkkür məktubu sahibləri PAŞA Sığortanın satış komandasının üzvünə qeyd olunan məktubları təqdim edərək şirkətin könüllü sığorta məhsullarına 10%-ə qədər endirimdən də yararlana bilərlər.