Maide.az

Builki abituriyentlərin ən gənci və ən yaşlısı məlum oldu

2016/2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında ən gənc və ən yaşlı abituriyentlərin yaşı məlum olub. Maide.Az bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib. TQDK-dan verilən açıqlamaya görə, bu il ali təhsil müəssisələrinə imtahan verəcək ən gənc abituriyent 2001-ci ildə anadan olub, yəni 15 yaşı var. Bu il tələbə adını qazanmaq istəyən ən yaşlı abituriyent isə 1959-cu ildə doğulub. Onun 57 yaşı var.