Maide.az

Bu il Həcc ziyarətinə bir milyona yaxın zəvvar gedəcək

Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 978.159 nəfərə çatıb.   Maide.Az Modern.az-a istinadən  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Baş Pasport İdarəsi məlumat yayıb.     Məlumata görə, zəvvarların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 61.500 nəfər, yəni 7 faiz artıb.   İdarədən bildiriblər ki, zəvvarların 928.043 nəfəri təyyarə, 40.734 nəfəri yerüstü nəqliyyat, 9.382 nəfəri gəmi ilə gəlib.