Maide.az

Bu il hər bir Bakı sakini ayda 161,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Bu ilin yanvar-iyun aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 2 milyard 372,9 milyon manata çatıb.   Maide.Az bildirir ki, Bakı Şəhər Statistika İdarəsindən azərtac-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 538,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 64,8 faizini təşkil edib.   Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 1 milyard 873,6 milyon manat olub.   Cari ilin yanvar-iyun ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 161,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.