Maide.az

Bu il 164 mindən çox uşaq I sinfə gedəcək

İyunun 14-də orta  məktəblərdə “Son zəng” çalınacaq.   Təhsi Nazirliyindən Modern.az-a verilən məlumata görə,  nə qədər şagirdin məktəbi bitirməsi və məktəbə daxil olacağı bəlli olub.   Belə ki, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.   2017-2018-ci tədris ilinin əvvəlinə 164 945  nəfərin I siniflərə qəbulu  gözlənilir.   Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların da səviyyəsi bəlli olub. Bildirilir ki, hazırda ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi üzrə göstərici 55 faizdir.   “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatəsinin 90 faizə çatdırılması strateji hədəf kimi irəli sürülüb. /