Maide.az

Bu həftə meteor yağışı olacaq

Bu həftə "Perseid" meteor axını baş verəcək.   Səma şousu 2-4 avqust tarixlərində başlayacaq və ayın 11, 12 və 13-də öz pik zirvəsinə çatacaq.   Kosmik hadisə səmada bir saat ərzində təxminən 60-70 sayda “düşən ulduz” kimi təzahür edəcək və Şimal yarımkürəsində aydın müşahidə ediləcək. Ötən illərdə isə bu rəqəm 200-ə bərabər olub.   Qeyd edək ki, "Perseid" meteor yağışı hər il yayın sonuna qədər müşahidə olunur. /Report