Maide.az

Bu həftə məktəblilərin qış tətili başlayır

Bu həftə Azərbaycanın orta məktəblərində beş günlük qış tətili başlayır.   Oxu.Az-ın məlumatına görə, 2018-2019-cu dərs ilinin qış tətili yanvarın 27-də başlayıb 31-də başa çatacaq.    Başqa sözlə desək, dərslər fevralın 1-də başlayacaq.    İbtidai siniflər üçün beş günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.   Xatırladaq ki, ifrat təhlükəli hava şəraiti ilə bağlı məktəblərtdə iki gün tətil edilməsinin qış tətilinin müddətinə heç bir aidiyyəti yoxdur.