Maide.az

Bu gün Xırdalan və Qaradağda işıq olmayacaq

Bu gün saat 13.30-dan 16-00-dək Xırdalan şəhəri Quşçuluq massivi, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.   Maide.Az bildirir ki, bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.   Onun sözlərinə görə, fasilə 110 kVt-luq 5-ci Xırdalan hava xəttində” aparılan yenidənqurma işləri ilə əlaqədardır.   Yaranmış narahatçılığa görə “Azərişıq” istehlakçılarından üzr istəyir.