Maide.az

Bu gün İranda sükut günüdür

İranda iyunun 18-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar aparılan təbliğat-təşviqat kampaniyası bu gün səhər saat 07:00-da başa çatıb.   Maide.Az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bu gün İranda “sükut günü”dür.   Sabah xalq öz seçimini edərək növbəti 4 il üçün İranın yeni prezidentini seçəcək.   İranda prezident postu uğrunda 4 nəfər - İranın Məhkəmə Sisteminin sədri Seyid İbrahim Rəisi, Mərkəzi Bankın sədri Nasir Himməti, Məsləhət Şurasının katibi, SEPAH-ın sabiq komandiri Möhsin Rzayi və sabiq deputat Seyid Əmir Hüseyn Qazizadə Haşimi mübarizə aparacaq.   Yerli mətbuat əsas mübarizənin İ. Rəisi ilə N. Himməti arasında gedəcəyini bildirir.   Sabah səsvermə saat 08:00-dan başlayaraq 00:00-dək davam edəcək.   İran Daxili İşlər Nazirliyi seçkilərin nəticələrinin şənbə günü səhərədək açıqlanacağını bildirib. İranda seçkilərdə 60 milyona yaxın insanın səsvermə hüququ var.