Bu gün Ümumdünya Qüds Günüdür
Dünyanın azadlıq sevər xalqları bu gün Ümumdünya Qüds Günü yürüşlərində iştirak edərək, bir daha işğalçı İsrail rejiminə qarşı öz qəzəb və nifrətini fəryad edirlər. Mübarək Ramazan ayının son cümə günü İslam İnqilabının banisi İmam Xomeyni(r.ə) tərəfindən Ümumdünya Qüds Günü elan edilib. Buna görə də hər il olduğu kimi bu il də ramazan ayının sonuncu cümə günündə Fələstin xalqını müdafiə və dəstək fəryadı bütün İslam Dünyasından ucalır.