Bu gün fələstinlilərin `Böyük Qayıdış yürüşü`nün ildönümüdür
Fələstinlilər ötən ilin mart ayının 30-dan bəri hər cümə fələstinlilər Qəzza zolağında «Böyük Qayıdış Yürüşü» keçirirlər. Maide.Az xəbər verir ki, dinc sakinlərin keçirdikləri aksiyaya qarşı sionist İsrail rejimi hərbçiləri gözyaşardıcı bomba, rezin güllələrlə yanaşı həqiqi silah da istifadə edirlər. Rəsmi məlumatlara görə, indiyə qədər 250 nəfər şəhid olub. Onların arasında jurnalist, qadın, uşaq, əlil və başqa dinc sakinlər var. Bundan başqa 25 min sakin xəsarət alıb. Onlardan 460-ı xəstəxanalarda yatır və vəziyyətləri ağır qiymətləndirilir. Qeyd edək ki, Qəzza xalqı və Fələstinin işğal olunmuş ərazisində bu gün genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulub. Ötən ay BMT İsrail qüvvələrinin Fələstinli etirazçılara qarşı cinayətlərini pisləyib və sionist rejimi “hərbi cinayət”kar adlandırıb. BMT-nin hesabatında bildirilir ki, işğalçı rejim əskərləri qəsdən dinc sakinləri güllə ilə vurur, öldürür və yaralayır. Onların arasında jurnalist, qadın, uşaq, əlil və başqa dinc sakinlər var.