Maide.az

Bu gün Çempionlar Liqasının ilk finalçısı məlum olacaq

Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk finalçının adına Turində aydınlıq gələcək.   Səfərdə “Monako” üzərində 2:0 hesablı qələbə qazanmış “Yuventus” doğma azarkeşlər önündə əlinə düşən fürsətdən yararlanmağa çalışacaq. Bu mövsüm Çempionlar Liqasında məğlub olmayan və 6 oyundur qapısından qol buraxmayan Kontenin yetirmələri gənc oyunçulardan formalaşmış rəqibinə təcrübə və səviyyənin fərqini başa salmağa çalışacaq.   “Monako” da cari mövsümdə əla formadadı. “Knyazlıq klubu” Liqa 1-in XXXVI turunda səfərdə “Nansi”dən güclü olub – 3:0. Əsasən hücum oyunçularına güvənən fransızları müdafiəsi ilə dünyada məşhur olan italiyalılara qarşı bu dəfə o qədər də şanslı saymaq olmaz. /   UEFA Çempionlar Liqası Yarımfinal mərhələsi, cavab oyunu 9 may   22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa) Baş hakim: Byörn Kuypers (Hollandiya) İlk oyun – 2:0