Maide.az

Bu gün Bakı qəsəbələrinin bir hissəsində su olmayacaq

"Bu gün Qaraçuxur qəsəbəsinə və Suraxanı qəsəbəsinin bir hissəsində su olmayacaq".   Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.   Məlumata görə, “+ 98 Qaraçuxur” su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 26-da gün ərzində Qaraçuxur qəsəbəsinə və Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.   Qeyd edilib ki, yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.