Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq
Bakının Yasamal rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq. Maide.Az xəbər verir ki,bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlumatda bildirilir ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 12 oktyabr 2021-ci il tarixində Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.