Bu gün Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılacaq
Bu gün Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar oktyabrın 05-də saat 09:00-dan 18:00-dək Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür. (apa) /