Maide.az

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti keçiriləcək

  Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda sammiti keçiriləcək.   APA-nın məlumatına görə, artıq İran prezidenti Həsən Ruhani ötən gündən Azərbaycanda səfərdədir.   Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycan gəlməsi gözlənilir.   Görüşdə əsasən “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Prezidentlər Suriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqlar.     Sammitin sonunda bəyannamənin imzalanması gözlənilir. /