Maide.az

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Günün yeganə görüşü Zirədə baş tutacaq   Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçiriləcək.   Günün yeganə oyunu Zirədə keçiriləcək.   Zirənin eyniadlı komandası "İnter"i sınağa çəkəcək. "Bankirlər" qələbə qazanacağı təqdirdə 3-cü pillədəki mövqeyini möhkəmləndirəcək. "Zirə" isə ev oyunundan 3 xalla ayrılacağı təqdirdə 4-cü pilləyə yüksələcək. Komandalar bu günədək 5 oyunda qüvvəsini sınayıb. Hərəyə bir dəfə qələbə qazanan tərəflər 3 dəfə meydanı sülhlə tərk edib. Cütlüyün qarşılaşmasında meydan sahibi komanda heç vaxt uduzmayıb. "İnter" 3 oyundur meydanı qolsuz tərk etmir.   Azərbaycan Premyer Liqası, XIII tur 28 noyabr 17:00. "Zirə" - "İnter" Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov AFFA nümayəndəsi: Rauf Əmirov Hakim-inspektor: Kərim Ağayev Zirə İdman Kompleksinin stadionu   Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu ilə yekun vurulacaq. (report) /