Maide.az

Bu gün `Avro-2016` başlayır

Bu gün Fransada futbol üzrə Avropa çempionatında final mərhələsinin oyunlarına start veriləcək.   Maide.Az-ın məlumatına görə, turnirin açılış oyununda meydan sahibi Fransa millisi Rumıniya ilə üz-üzə gələcək.   "Stad de France" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Viktor Kaşşainin başçılıq edəcəyi macarıstanlı hakimlər briqadası idarə edəcək.    Oyundan əvvəl yarışın təntənəli açılış mərasimi olacaq.   Qeyd edək ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"nın final mərhələsində 24 komanda iştirak edəcək. Altı qrupun qalibləri və ikinciləri ilə yanaşı, ən yaxşı 4 qrup üçüncüləri də 1/8 finalda oynamaq hüququ qazanacaq.   10 iyun   Avropa çempionatının final mərhələsi   A qrupu   23:00. Fransa - Rumıniya   Hakimlər: Viktor Kaşşai, Dyord Rinq, Ventsel Tot, Byorn Kuypers (hamısı Macarıstan)   Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)   Sen-Deni. "Stad de France"   qol.az