Maide.az

Bu gün Afrika Millətlər Kubokuna start veriləcək

Bu gün Afrika Millətlər Kuboku – 2017-yə start veriləcək.   Maide.Az-ın verdiyi məlumata görə, qitənin ən böyük turnirlərindən sayılan yarışda 16 komanda mübarizə aparacaq.   Qabonda baş tutacaq və fevralın 5-nə qədər davam edəcək turnirdə komandalar 4 qrup üzrə yarışacaq. Qrupları ilk iki sırada tamamlayacaq yığmalar adlarını 1/4 finala yazdıracaq.   Bir neçə tanınmış sima turnirdə iştirakdan imtina etsə də, ulduz futbolçuların əksəriyyəti millisinin formasını geyinəcək. Onlar arasında Afrikada ötən ilin ən yaxşı futbolçusu seçilən Riyad Mahrez, həmçinin Pyerr-Emerik Obameyanq, Mohamed Salah və Sadio Manenin adı xüsusi diqqət çəkir. Maraq doğuran digər məqam son çempion Fil Dişi Sahili yığmasının həmin uğurunda önəmli pay sahibi olmuş Herve Renardın bu dəfə Misir millisinin “sükanı arxası”nda olmasıdı.   Yarışın əsas favoriti bir neçə ulduz futbolçusu olan Əlcəzair yığması hesab edilir. Onlara əsas rəqib kimi isə Qana, Fil Dişi Sahili, Seneqal və Kamerun göstərilir.   Turnirin final matçı fevralın 5-də Qabonun paytaxtı Librevill şəhərində yerləşən “De Lamitie Sino” stadionunda keçiriləcək.     Qrupların tərkibi A qrupu: Qabon, Burkina Faso, Kamerun, Qvinea-Bissau B qrupu: Əlcəzair, Tunis, Seneqal, Zimbabve C qrupu: Fil Dişi Sahili, Konqo DR, Mərakeş, Toqo D qrupu: Qana, Mali, Misir, Uqanda     Təvqim Qrup mərhələsi 14 yanvar 20:00. Qabon – Qvinea-Bissau 23:00. Burkina Faso – Kamerun   15 yanvar 20:00. Əlcəzair – Zimbabve 23:00. Tunis – Seneqal   16 yanvar 20:00. Fil Dişi Sahili – Toqo 23:00. Konqo DR – Mərakeş   17 yanvar 20:00. Qana – Uqanda 23:00. Mali - Misir   18 yanvar 20:00. Qabon – Burkina Faso 23:00. Kamerun – Qvinea-Bissau   19 yanvar 20:00. Əlcəzair – Tunis 23:00. Seneqal – Zimbabve   20 yanvar 20:00. Fil Dişi Sahili – Konqo DR 23:00. Mərakeş – Toqo   21 yanvar 20:00. Qana – Mali 23:00. Misir - Uqanda   22 yanvar 23:00. Kamerun – Qabon 23:00. Qvinea-Bissau – Burkina Faso   23 yanvar 23:00. Seneqal – Əlcəzair 23:00. Zimbabve – Tunis   24 yanvar 23:00. Mərakeş - Fil Dişi Sahili 23:00. Toqo – Konqo DR   25 yanvar 23:00. Misir – Qana 23:00. Uqanda – Mali   1/4 final mərhələsi 28 yanvar 1. 20:00. A qrupunun 1-cisi – B qrupunun 2-cisi 2. 23:00. B qrupunun 1-cisi – A qrupunun 2-cisi   29 yanvar 3. 20:00. C qrupunun 1-cisi – D qrupunun 2-cisi 4. 23:00. D qrupunun 1-cisi – C qrupunun 2-cisi   Yarımfinal mərhələsi 1 fevral 5. 23:00. 1-ci cütün qalibi – 4-cü cütün qalibi   2 fevral 6. 23:00. 2-ci cütün qalibi – 3-cü cütün qalibi   3-cü yer uğrunda 4 fevral 7. 23:00. 5 və 6-cı cütlərin məğlubları   FİNAL 5 fevral 8. 23:00. 5 və 6-cı cütlərin qalibləri   Qeyd: oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib. (apa) /