Maide.az

Bu günə kimi ali məktəblərə sənəd verənlərin sayı açıqlanıb

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün sənəd qəbulu martın 29-da başlayıb. Bu proses aprelin 30-dək davam edəcək.   Bəs indiyə kimi nə qədər abituriyent Sənəd Qəbulu Komissiyasına ərizəsi təqdim edib? Modern.az saytı Dövlət İmtahan Mərkəzinə istinadən qruplar üzrə sənəd verənlərin statistikasını təqdim edir.   Yaz imtahanına sənəd verənlərin sayı bu qədərdir.   Azərbaycan bölməsi üzrə   I - 17157   II - 10696   III - 12256   IV - 3308       Rus bölməsi üzrə       I - 2052   II - 1524   III - 1321   IV - 540     Bunların cəmi   I - 19209   II - 12220   III - 13577   IV - 3848       Yay imtahanlarına sənəd verənlərin sayı bu qədərdir.   Azərbaycan bölməsi üzrə   I - 243   II - 76   III - 170   IV - 92     Rus bölməsi üzrə   I - 18   II - 31   III - 26   IV - 5     Bunların cəmi I - 261   II - 107   III - 196   IV - 97     V qrup və tam orta ixtisas təhsili üzrə qeydiyyatdan keçənlərin sayı 57267 nəfərdir.   Aprelin 22-də keçiriləcək imtahanda iştirak edəcək (aprelin 10-u saat 23:59-dək ərizələrini təsdiq edən) abituriyentlərin sayı 5650 nəfərdir.   İyunun 10-da keçiriləcək imtahanda iştirak edəcək (aprelin 10-dan sonra ərzilərini təsdiq edən və ya ümumi orta təhsil səviyyəsi üzrə də rus bölməsinə ərizə verib aprelin 22-də bu səviyyə üzrə keçirilən Azərbaycan dili fənni imtahanında iştirak edəcək) abituriyentlərin sayı 211 nəfərdir.   2017-ci ildə “Azərbaycan dili” fənni üzrə test imtahanında “məqbul” qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 341 nəfərdir.