Maide.az

Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində İtaliyanın “İnter” klubu ilə qarşılaşacaq

Bu gün Avropa Liqasının qrup mərhələsinin VI turuna start veriləcək.   Qrupun yekun qarşılaşmaları ilə 1/16 finalın son vəsiqələrin sahibləri bəlli olacaq.   Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da meydana çıxacaq. Ağdam klubunun taleyinə bu görüşdə aydınlıq gələcək.   Belə ki, F qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri son sınaq qarşısında “İnter”lə üz-üzə gələcək. 1/16 final yolunda son addımını atmağa çalışacaq təmsilçimizə bu oyunda istənilən hesablı qələbə də kifayətdi. Hazırda turnir cədvəlinin 2-ci pilləsində yer alan “Qarabağ” qalib gəlsə, Ukraynada yerli “Dnepr”lə Fransa “Sent-Etyen”inin oyununun 1/16 final baxımından heç bir əhəmiyyəti qalmayacaq.   Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayaacq. Oyunu isə çexiyalı hakim Mioslav Zelinka idarə edəcək.