Buğdanın qiyməti bahalaşdı
Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı 1 noyabr 2016-cı il tarixinədək uzadılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən xəbərə görə, yerli buğda istehsalçılarından tədarük olunan keyfiyyətli buğdanın qiyməti də bahalaşıb. Bir ton buğda 280 manata alınacaq. Xatırladaq ki, FHN Dövlət Material Ehtiyatları Agentliyi bu il iyunun 21-dən etibarən Taxıl Fondu üçün buğda qəbuluna başlayıb. İlk mərhələdə bir ton üçün 270 manat qiymət qoyulub. (fins.az) /