Maide.az

Buğda istehsalı 312,3 min ton azalıb

Dövlət Statistika Komitəsi taxıl yığımının gedişi ilə bağlı məlumat yayıb.   Hesabatda qeyd olunur ki, “operativ məlumatlara görə, 10 avqust 2020-ci il tarixinə taxıl üçün planlaşdırılan qışlıq və yazlıq dənli və paxlalı (qarğıdalı) bitkilər əkilmiş 968.1 min hektar ərazinin 944.4 min hektarından və ya 97,6%-dən məhsul toplanıb".   Bu məlumatlar kənd təsərrüfatı naziri İnam Kərimovun açıqlamasına ziddir.   2020-ci ilin birinci rübünün nəticələrinə həsr olunmuş aprel iclasında o deyib ki, bu il 1 milyon 10 min hektar sahədə buğda və arpa əkilib. /turan