Maide.az

Bu şənbə və gələn bazar Bakıda ictimai nəqliyyat işləyəcək

Futbol üzrə Avropa Çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı istirahət günləri olmasına baxmayaraq, iyunun 12-si və 20-də ictimai nəqliyyat fəaliyyət göstərəcək.     Maide.Az “qafqazinfo”a istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.   Nazirlər Kabinetinin qərarına əsasən, yalnız 2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılmasına qərar verilib.   Beləliklə, iyunun 12-si (şənbə günü) və iyunun 20-si (bazar günü) sərnişin avtobusları və metro işləyəcək.