Bu ərazidə iiki gün ərzində işıq olmayacaq
Aprelin 16 və 17-si tarixlərində bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq. Maide.Az bildirir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iki gün ərzində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.