Maide.az

Bu ərazilərdə işıq olmaycaq - BU GÜN

Bu gün Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.   Maide.Az bildirir ki, bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.   Qurum bildirir ki, "Sumqayıt Dəmiryolu İdarəsi" tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.   ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.