Maide.az

Bu ərazilərdə gün ərzində işıq olmayacaq

Bu gün Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.   Maide.Az xəbər verir ki, “Azərişıq” ASC-dən verilən məlumata görə, fasilələr Qaradağ ərazisində yerləşən 110/35/6 kV-luq “AEK” və 35/10 kV-luq “Ələt-Bağlar” yarımstansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədardır.   Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir. /faktxeber /