Maide.az

Bu şəhərdə köhnə avtomobillər qadağan ediləcək

İspaniyanın paytaxtı Madridin rəhbərliyi köhnə avtomobillərin hərəkətini qadağan etməyi planlaşdırır.   Bu addım benzinlə işləyən və 2000-ci ildən əvvəl qeydiyyata alınan maşınlara və dizellə işləyən avtomobillərə şamil olunacaq.   Şəhər meriyasının yaydığı məlumatda qeyd olunur ki, 2020-ci ildən etibarən bu avtomobillərə yerüstü parkinq qadağan olunacaq, 2025-ci ildən isə onların istifadəsi tamamilə qadağan olunacaq.   Qeyd olunur ki, bu addımlar şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün atılacaq. (trend) /