Maide.az

Britaniya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Böyük Britaniya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətini müzakirə ediblər.   Maide.az "Report"a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.   Məlumata görə, ötən gün Britaniyanın xarici işlər naziri Filipp Hammond Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı Londonda qəbul edib.   Tərəflər iki ölkə, Avropa İttifaqı-Ermənistan arasında əməkdaşlıq, habelə İranın nüvə proqramı ətrafında yaranmış böhrana və Yaxın Şərqdəki vəziyyətə dair məsələləri müzakirə ediblər.   F.Hammond və E.Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun rolunun gücləndirilməsindən, qurumla qarşılıqlı əməkdaşlıqdan danışıblar.