Britaniya parlament nümayəndələri Tehrana səfər edəcək
Britaniya parlamentinin nümayəndələri yaxın vaxtlarda Tehrana səfər edəcək. Maide.Az xəbər verir ki, bunu İran və Britaniya parlamentlərarası dostluq qrupunun iranlı sədri Əlirza Rəhimi deyib. Ə.Rəhiminin sözlərinə görə, səfərin baş tutması üçün danışıqlar aparılıb, tarix müəyyən olunacaq və yaxın vaxtlarda bu səfər baş tutacaq. O həmçinin Britaniya Xarici İşlər Nazirliyindən bir qrup nümayəndənin oktyabr ayında Tehrana səfər edəcəyini bildirib. “Bu səfər Tehran və London arasında konssulluq məsələlərini müzakirə etmək üçün baş tutacaq”. (tasnim)