Maide.az

Britaniya məhbusları üsyan qaldırdı

Böyük Britaniyanın Kent qraflığında 50-dək məhbus üsyan qaldıraraq həbsxana korpusunu ələ keçirib.   APA-nın verdiyi xəbərə görə, insident Şeşi adasındakı “Swaleside” həbsxanasında baş verib. “Sky News”-ün məlumata görə, hazırda iğtişaşlar davam edir. İnsident nəticəsində xəsarət alanların olub-olmadığı barədə xəbər verilmir.   Qeyd edək ki, dekabrın 16-da Birmingem qraflığındakı həbsxanalardan birində saxlanılma şəraitindən narazı olan 600-dək məhbus da üsyan qaldırıb.