Brent markalı neftin ucuzlaşması davam edir
Dünya bazarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar artaraq 41,60 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar azalaraq 42,46 dollar olub. (apa) /