Maide.az

Brent markalı neftin qiyməti 41 dollara enib

Dünya bazarında neft bahalaşıb.   "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar artaraq 39,71 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar artaraq 41,96 dollar olub.     Azərbaycan neftinin ucuzlaşması davam edir.  "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,02 dollar və ya 0,05% azalaraq 42,82 dollar təşkil edib. /