Maide.az

Braziliyanın səfiri Həzrət Əbülfəzl Abbasın (ə) hərəmini ziyarət etdi

Braziliyanın İraqdakı yeni səfiri Miqel de Mqalhaes Kərbəla şəhərində Həzrət Əbülfəzl Abbasın (ə) hərəmini ziyarət edib.   Fevralın 22-də Həzrət Əbülfəzl Abbasın (ə) hərəminə gələn səfir hərəmin ictimaiyyətlə əlaqlər idarəsinin rəsmilərilə görüşüb. Görüşdə səfir Miqel de Mqalhaesə Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin gördüyü işlər, layihələr, hərəmin genişləndirilməsi işləri Al-Kafeel müzeyindən danışılıb. Daha sonra səfir Həzrət Əbülfəzl Abbasın (ə) qəbrini ziyarət edib və Al-Kafeel müzeyinə baş çəkib.   "Ölkəmin İraq Respublikasına fövqəladə və səlahiyyətli səfiri kimi, Kərbəla şəhərinə mənim ilk səfərimdir və mən qədim, eləcə də mənəvi atmosferli bu məkanda olmağımdan xoşbəxtəm", - deyə səfir bildirib. (deyerler) /