BQXK Azərbaycanda saxlanılan erməni hərbçisinə baş çəkib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Ermənistandan Azərbaycana keçmiş erməni hərbçisi Arsen Baqdasaryana fevralın 23-də baş çəkib. Bu barədə Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Hüseynova məlumat verib. İ.Hüseynova bildirib ki, görüş zamanı nümayəndəliyin əməkdaşları A.Baqdasaryanın saxlanma şəraiti və durumu ilə maraqlanıb: "Görüşdə əsirə ailəsindən məktub təqdim edilib və onun ailəsinə göndərəcəyi məktub alınıb. Məktub komitə əməkdaşları tərəfindən hərbçinin ailəsinə çatdırılacaq".