Maide.az

Bosniya müharibə cinayətkarı Slobodan Praljak məhkəmədə `zəhər içib`

Haaqa məhkəməsində hökm oxunarkən müttəhimlərdən birinin zəhər olduğu dediyi mayeni içdikdən sonra apelyasiya işi üzrə proses dayandırılıb.   Slobodan Praljak məhkəmə qarşısına çıxarılmış Bosniya xorvatlarının 6 siyasi və hərbi liderlərindən biridir.   O, 4 il əvvəl Şərqi Mostar şəhərində müharibə cinayətlərinə görə 20 illik həbs cəzası alıb.   Bu barədə qərarın təsdiqlənməsi vaxtı o, hakimə "Mən zəhər qəbul edirəm" deyib.