Bosniyada 481 illik mədrəsə -FOTO
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda ən önəmli tarixi abidələrdən sayılan Qazi Hüsrəv bəy mədrəsəsinin 481 –ci il dönümü təntənə ilə qeyd olunub. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin ən qədim təhsil mərkəzi hesab edilən mədrəsə 5 əsrdir fəaliyyət göstərir. Qeyd edək ki, Sultan 2. Bayezidin nəvəsi qazi Hüsrev Bey tərəfindən tikdirilən mədrəsədə fasiləsiz təhsil sistemi mövcud olub. Hətta communist Yuqoslaviya dönəmində belə (1992-1995) Sarayevonun müharibə mərkəzi olduğu vaxtda belə qapılarını bağlamayıb. Mədrəsə ingilis, ərəb və türk dilində dərslər keçirilir. Mədrəsədə Quran, din və hədis dərsləri ilə yanaşı riyaziyyat, biyologiya və bu kimi dərslərdə keçirilir. Verilən diplom digər məktəblərin və litseylərin sənədləri ilə eyni statusu daşıyır. Əksər bosniyalı ailələr öz uşaqlarının burada təhsil almasına önəm verirlər. Məzunlar məktəbi bitirdikdən istənilən Ali məktəbdə təhsillərini davam etdirə bilərlər.