Maide.az

Bolqarıstanın energetika naziri Azərbaycana gələcək

Bolqarıstanın energetika naziri Temenujka Petkova bu ay Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib. Nazir fevralın 20-də “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının beşinci iclasında iştirak edəcək. Mənbə onu da bildirib ki, T.Petkova geniş nümayəndə heyəti ilə Azərbaycana gələcək.