BMT Yəmənə yeni səfir göndərdi
BMT-nin Baş katibi Antonio Qutyerreş Yəmənə yeni səfir təyinatı ilə bağlı Təhlükəsizlik Şurasına məlumat verib. Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, yeni səfir ingiltərəli Martin Qriffits təyin edilib. Ondan öncə bu vəzifəni mavritaniyalı İsmayıl Vild Şeyx Əhməd tuturdu. BMT 2015-ci ildə səfir təyin etdiyi Şeyx Əhmədin Yəməndəki müharibənin sona çatdırılması istiqamətində səylərini nəticəsiz hesab edib və onun səlahiyyət müddətini uzatmayıb.