BMT Yərmukda humanitar koridorun yaradılmasını istədi
İŞİD terrorçuları tərəfindən işğal olunan Suriyanın Yərmuk düşərgəsində fələstinli didərginlərin vəziyyətinin ağırlaşması ilə BMT bu düşərgədə humanitar dəhlizin yaradılmasını istəyib. Maide.az-ın "Press TV"yə istinadla verdiyi məlumata görə, Suriyanın qeyri-hərbi bölgələrində toqquşmaların davam etməsi ilə Yərmukda fələstinli qaçqınların vəziyyəti daha acınacaqlı hal alıb. BMT-nin Fələstinli Qaçqınlara Yardım və Əmək Agentliyinin (UNRWA) sözçüsü Stefan Dujarrik Nyu-Yorkda BMT qərargahında keçirdiyi mətbuat konfransında bu düşərgədəki ağır vəziyyət barədə nigarançılıq edib. İŞİD təkfirçi qruplaşması kimi, müxtəlif yaraqlı qruplaşmalar Yərmuk düşərgəsini ələ keçirmək üçün 1 apreldən toqquşmalarını artırıblar. Beynəlxalq Amnistiya Təşkilatının bildirdiyinə görə, Yərmukdakı 18 min sakindən 3 min 500 nəfəri uşaqdır. Suriya paytaxtı Dəməşqin ətrafında yerləşən fələstinli Yərmuk düşərgəsi Suriya müharibəsindən öncə 150 mindən çox fələstinli didərginə malik idi. Fələstinlilər İsrail rejiminin 1948-ci ildə onların ərazilərini işğal etməsindən sonra Suriyaya gəliblər.