BMT Uşaq Fondu: 2015-ci ildə Yəməndə 900 uşaq öldürülüb
BMT Uşaq Fondu (UNİCEF ) elan edib ki, 2015-ci ildə Yəməndə 900 uşaq öldürülüb. Maide.az xəbər verir ki, UNİCEF elan edib ki, ötən il Yəməndə insan haqlarının pozulmasına dair çoxlu sənədlər əldə etmişik,sonuncu məlumatlara görə, Yəməndə 2015-ci ildə 900 uşaq öldürülüb ki,bu rəqəm 2014-cü il ilə müqayisədə yeddi dəfə çoxdur. UNİCEF həmçinin elan edib ki, Yəməndə 2015-ci ildə uşaq əsgərlərin sayı 2014-cü illə müqayisədə artıb və Yəmənin müxtəlif bölgələrində döyüşən uşaq əsgərlərin sayı 848 nəfər təşkil edir.2015-ci ildə Yəməndə məktəb və xəstəxanalara ən az 115 dəfə hücumlar olub. BMT Uşaq Fondunun məlumatına görə, Yəməndə uşaqlar, ölənlərin üçdə birini və yaralananların isə dörddə birini təşkil edir. /