BMT sözçüsü Qəzza böhranının səbəblərini açıqladı
BMT baş katibinin sözçüsü Stephan Dugrick Qəzza zolağında insani faciənin 3 səbəbini açıqlayıb. Maide.Az Fələstin xəbər mərkəzinə istinadən xəbər verir ki, Nyu Yorkda açqılama verən S.Dugrick deyib ki, bölgədəki humanitar böhranın əsas səbəbləri Qəzza zolağının mühasirədə saxlanılması, Fələstinli qaçqınlara kömək etmək üçün yardım qurumları tərəfindən yardımların azaldılması və digər səbəb isə Fələstinli qruplar arasında milli razılaşmanın olmamasıdır. Fəth və Həmas hərakatları ötən il Qahirədə FƏTH və HƏMAS təşkilatlarının liderləri arasında daxili barışa nail olmaq üçün anlaşma imzalanıb. İlk mərhələdə milli birlik hökumətinin yaradılması, Qəzza zolağındakı məmurlar və güc strukturlarının əməkdaşlarına əməkhaqlarının verilməsi, habelə bölgəyə gündəlik tələbat mallarının tədürük edilməsi, sərhədə nəzarət kimi məsələlər haqda razılıq əldə olunub. Amma bu anlaşma əməldə icra olunmayıb. 12 ildir mühasirədə saxlanılan Qəzza zolağında 2 milyondan çox fələstinli ağır durumda yaşayır. İşğalçı İsrail rejimi Qəzza zolağının giriş yollarını bağlayaraq bu zolağı böyük bir həbsxanaya çevirib. İşğalçı rejim hər gün daha da qəddar addımlar atır. İşğalçı İsrail rejiminin blokadası nəticəsində Qəzzada elektrik enerjisi problemə çevrilib. Bölgədə elektrik enerjisini təmin etmək üçün 600 meqavat elektriyə ehtiyac var,lakin bunun yalnız 210 meqavatı təmin edilir. Qeyd edək ki, bir müddət öncə Birləşmiş Mİllətlər Təşkilatı (BMT) İsrailin zülmünə məruz qalan Qəzza və oradakı xəstəxanaların durumu ilə bağlı hesabat yayımlamış və işğalçı rejimdən Qəzza zolağının blokadasının aradan qaldırılmasını tələb etmişdi.