Maide.az

BMT Suriyanın Deyruz-Zur şəhərində acınacaqlı vəziyyət haqqında xəbərdarlıq edib

BMT Suriyanın Deyruz-Zur şəhərində həyatın acınacaqlı vəziyyətdə olması barədə xəbərdarlıq edib. Maide.az xəbər verir ki, BMT şənbə günü məlumat yayaraq təxminən 200 min suriyalının Deyruz-Zur şəhərində acınacaqlı şəraitdə olması və ərzaq çatışmazlığından əziyyət çəkməsi barədə xəbərdarlıq edib. Deyruz-Zur şəhərinin qərb hissələri 2015-ci ilin mart ayından İŞİD terror qruplaşmasının işğalındadır. BMT bildirib ki, Suriyanın Deyruz-Zur şəhərinə dövlət yardımları dayanıb və bu şəhərdə içməli su ehtiyatları çox məhduddur və aylardır ki, bu şəhərdə elektrik yoxdur. BMT Deyruz-Zur şəhərində 200 min nəfərin aclıqla üzləşdiyinə diqqət çəkərək bildirib ki, qeyri-rəsmi hesabatlara əsasən İŞİD terrorçularının işğalı altında olan bu şəhərdə onlarla nəfər aclıq nəticəsində dünyasını dəyişib./